Rəqibini təhqir etdi, AFFA 3 oyunluq cəzalandırdı

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib.

Newsport.az saytı həmin qərarları diqqətinizə çatdırır:

Topaz Premyer Liqasının IV turunun “Qarabağ” – “Bakı” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının IV turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun 6 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 90+3-cü dəqiqəsində AZAL klubunun 6 №-li futbolçusu Eduardo Manuel idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

30 avqust 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının IV turunun “Sumqayıt” – “Araz Naxçıvan” matçında “Araz Naxçıvan”  klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 52-ci dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının IV turunun “Xəzər Lənkəran” – “İnter” matçında “Xəzər Lənkəran”  klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərin III turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərin IV turunun “Sumqayıt” – “Araz Naxçıvan” matçında “Sumqayıt” klubunun 5, “Araz Naxçıvan”  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 63-cü dəqiqəsində “Sumqayıt” klubunun 50 №-li futbolçusu Xaqan Məmmədli rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 42.1).

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right