Alfred Sanko “Xəzər Lənkəran”dan ayrıldı

 

“Xəzər Lənkəran”ın syerre-leoneli yarımmüdafiəçisi Alfred Sanko ölkəsinin milli komandasına dəvət alıb.

 

Newsport.az xəbər verir ki, yığmanın baş məşqçisi Conni Makkinstri komandasının sentyabrın 6-da Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kot-dİvuar millisinə qarşı keçirəcəkləri oyun üçün açıqladığı heyətdə “ağ-yaşıllar”ın üzvünə də yer verib.

 

Sanko milli komandanın düşərgəsinə qoşulmaq üçün artıq öz vətəninə yollanıb. “Xəzər Lənkəran” bu gündən məşqlərə start versə də, afrikalı yarımmüdafiəçi yalnız millinin oyunlarından sonra heyətə dönəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right