Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Newsport.az xəbər verir ki, iclasda qəbul olunan qərara əsasən, "Sabah" klubu 1 6000 manat cərimələnib. Buna səfərdə "Keşlə"yə qarşı Premyer Liqanın VI tur matçında (0:2) paytaxt təmsilçisinin bəzi rəsmi şəxslərinin “A” buraxılış vərəqəsindən istifadə etməməsi və 4 futbolçusunun sarı vərəqə alması səbəb olub.
Bundan başqa, qonaqların baş məşqçisi Ramin Quliyev mətbuat konfransında hakimlərin idarəçiliyinə qarşı iradlarla çıxış etdiyinə görə kluba xəbərdarlıq edilib.
“Zirə” – “Sumqayıt” oyununda (1:0) isə meydança vaxtında sulanmadığı üçün "qartallar" 800 manat ziyana düşüb.