AFFA millinin oyununa görə UEFA ilə danışıqlar aparır

Azərbaycanın U-17 millisinin Belçikada keçirilən Avropa çempionatının seçmə mərhələsində keçirməli olduğu oyunlarla bağlı AFFA ilə UEFA arasında telefon rabitəsi vasitəsilə məsləhətləşmələr aparılır.

Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Qəbul olunacaq yekun qərarlar oktyabrın 8-də açıqlanacaq.

Yığmanın 3 futbolçusu - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, “Qarabağ”) COVID-19 testi pozitiv nəticələnib.

Belçikanın daxili qanunları nəzərə alınaraq, Azərbaycan millisinin üzvləri hazırda qaldıqları hoteldə karantin rejimindədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right