Bernhard Lippert istefa verdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində baş məşqçi dəyişikliyi olacaq.

Newsport.az saytının məlumatına görə, bu barədə yığmamızın almaniyalı çalışdırıcısı Bernard Lippert verib.

 

AVRO-2015-in seçmə mərhələsinin İsraillə oyunu ərəfəsində mətbuat konfransı keçirən mütəxəssis millidən gedəcəyini açıqlayıb. O bildirib ki, sentyabrın 3-də İsrail, 8-də Portuqaliya ilə keçiriləcək oyunlar onun U-21-də son matçları olacaq.

 

Almaniyalının sözlərinə görə, o, ya bu 2 qarşılaşmadan dərhal sonra, ya da ilin sonunda postunu tək edəcək.

 

Qeyd edək ki, 2008-ci ilin martında U-21-in baş məşqçisi postuna gələn Lippert burada Şakir Qəribovu əvəzləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right