DÇ-2022: Şahruddin seçmə mərhələdə ən çox seyv edən qapıçıdır

UEFA DÇ-2022-nin seçmə mərhələsinin 4-cu turunda dünən keçirilən oyunlardan sonra statistik göstəriciləri açıqlayıb.

Newsport.az-ın məlumatına görə, millimizin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar siyahısında 1-ci pillədə qərarlaşıb. O, dünən keçirilən  Lüksemburqa qarşı matçda (1:2) iki dəfə komandasını real qoldan xilas edib. Ş.Məhəmmədəliyev ümumilikdə 21 seyvi var.

Qeyd edək ki, siyahının 2-ci pilləsində Deyl Kolinq (19 seyv, Cəbəllüttariq), 3-cü pilləsində isə Elia Benedettini (19 seyv, San Marino) qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right