"Problemin necə həll olunması Allahın işidir" – Nurlan İbrahimov

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr 8 oktyabra təyin edilib.

Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. "Qarabağ" isə 100 000 avro cərimələnib.

Newsport.az-ın məlumatına görə, İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. O, Sportinfo.az-a mövcud vəziyyətlə bağlı bunları söyləyib:

"Vəkilimiz Fərid Haqverdiyev CAS-la daim təmasdadır, uzun müddətdir yazışmalar davam edir. Əvvəldən bilirdik ki, iş çətin gedəcək.

Çünki güclü lobbisi olan bir tərəfə qarşı mübarizə aparırıq. Proses uzana-uzana gedirdi. CAS-a müraciət etməyimizin səbəbi UEFA-nın bizə şikayət hüququ verməməsidir.

Biz CAS-a məhz UEFA-nın bizim şikayət hüququmuzu tanımamasından şikayət etmişik. Ortada bir çox bürokratik əngəllər var idi.

Bizə müdafiə hüququ verilməməsindən narazı qalmışdıq və qarşı tərəf CAS-a təzyiq edərək, hüquqi prosedurları düzgün yerinə yetirmədiyimizi göstərməyə çalışırdı.

Biz də əksinə, müvafiq qaydada dəlilləri ortaya qoyaraq, hüquqi prosedurları pozmadığımızı sübut etmək istəyirdik.

Eyni zamanda, onlayn qaydada məhkəmə keçirilməsini istəmişdik. UEFA bununla da razı deyildi. Məsələyə müvafiq sənədlər əsasnda qərar verilməsinə tərəfdar idi.

CAS hər iki tərəfin oktyabrın 3-də onlayn şəkildə dinləmələrə cəlb olunmasını qərara aldı. Problemin necə həll olunması Allahın işidir.

Ona şadıq ki, məsələni ən azından bura kimi gətirə bildik. Məqsəd UEFA-nın barəmdə ədalətsiz qərar verilməsini göstərmək və çatdırmaqdır».





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right