Prezident-futbolçu Kamran Quliyevin menecerlik fəaliyyətinə dair ŞOK FAKT

“Neftçi”nin prezidenti Kamran Quliyev bugünlərdə klubun internet kanalına müsahibə verib.

Newsport.az-ın məlumatına görə, o, bəzi məsələlərlə yanaşı, transfer çalışmaları barədə danışıb.

Paytaxt təmsilçisinin rəbhəri bu sahədə yaranan problemlərin ondan qaynaqlanmadığını bildirib. hətta iddia edib ki, təklif olunan yeni futbolçuların bəyənilib-bəyənilməməsi prosesinə müdaxilə etmir, bununla bağlı danışıqlara qarışmır.

Sitat: "Kamran Quliyev alınan futbolçunun keyfiyyətinə cavabdeh deyil. Heç vaxt da olmayacaq. Çünki rəhbərlik vəsait ayırır. Futbolçunu məşqçiyə bəyəndirmək mənim işim deyil. Futbolçu öz oyunu ilə bəyənilməlidir. Kamran Quliyev yalnız imza ata bilər. Mən bildiyim qədər bütün klublar belə işləyir. Ən böyük problem futbolçuların özündədir. Biz müəyyən büdcə ayırmışıq. Əgər həmin məbləğ 3-4 nəfər üçün nəzərdə tutulubsa, deməli, 3 və ya 4 nəfər gətirməlisən. Həmin məbləğ isə tamamilə yetərlidir. Sənin bəyəndiyin futbolçu 5 nəfərin məbləğindədirsə, heyəti formalaşdırmaq çətin olacaq. Oyunçu var ki, real bazar qiyməti 200-300 mindir. Azərbaycana çatanda isə 800 min istəyir. Bunu tək mən demirəm. Azərbaycan çempionatında o pullar yoxdur".

Kamran Quliyevin sözlədikləri ilə tanış olduz. Indi isə bizim təqdim etdiyimiz fakta diqqət yetirin. Bu, “Neftçi”nin prezidenti ilə menecer İqor Qluşeviç arasında yazışmaya aid foto-sübutdur.

Sözügedən agent Tula “Arsenal”ının formasını geyinən Luka Corceviçin təmsilçisidir.

Quliyev onunla “whatsapp” üzərindən əlaqə saxlayaraq, Monteneqro yığmasının hücumçusu ilə maraqlanır, şərtlərin uyğun olub-olmamasını soruşur.

Bəli, bunu “futbolçunu məşqçiyə bəyəndirmək mənim işim deyil” söyləyən klub prezidenti edir. “Kamran Quliyev yalnız imza ata bilər” deyən şəxsin növbəti dəfə, özü də necə incə yalan danışdığını görürsüzmü?

Başqa klublar belə işləmir, bu, dəqiqdir. “Neftçi”də isə Kamran Quliyev hər qazanda qaynayır. Axı, o, yalnız “Neftçi”nin prezidenti deyil, eyni zamanda, futbolçusudur!

Bəli, bəli, yanlış oxumadız, futbolçusu! Adam klubun prezidenti deyil, futbolçusu kimi qeydiyyatdan keçib.

Yəni, sabah “Neftçi” onu oyunlara futbolçu kimi də sifariş edə bilər. Kamran Quliyevin aylıq 10105 manat məvacib alması barədə mətbuatda xəbərlər çıxıb.

Görünür, bu məbləğ ona kifayət etmir və özünü menecerlik sahəsində sınamaq istəyir.

Indi başa düşdüz ki, Samir Abasov istədiyi futbolçuları komandasına niyə gətirə bilmir? Baş məşqçinin son 2-3 aydakı bütün açıqlamalarında bu mövzuya diqqət ayırmasının, yana-yana danışmasının səbəbi artıq sizə aydın oldu?

Adam birbaşa öz səlahiyyətinə daxil oan səhayə YAD ÜNSÜRün baş vurmasını qəbul etmir, edə bilmir, bunu işinə müdaxilə kimi görür. Və qalıb çabala-çabalaya.

Klub prezidentisən, get otur yerində, menecerlə birbaşa kontakta niyə girirsən, yoldaş Quliyev?! Başına iş qəhətdir, yoxsa doğrudan da, bekarsan?

SPORTİNFO.AZ

Prezident-futbolçu Kamran Quliyevin menecerlik fəaliyyətinə dair ŞOK FAKT+FOTO!

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right