“Qarabağ” Premyer Liqanın son turunda “Bakı”nı uda bilmədi.
Newsport.Az xəbər verir ki, 2:2 hesabıyla bitən qarşılaşmanı tribunadan izləyən klubun vitse-prezidenti Tahir Gözəl matçdan sonra qarşı tərəfi ittiham etmişdi. Gözəl Bakı klubunu mədəni yolla “artistlik” etməkdə günahlandırmışdı: “
“Biz bu gün “Bakı”dan oyun ərzində vaxtı necə itirmək olarsa, onu öyrəndik. Rəqib komandanıza artistlik bacarığını öyrətdi. Çünki bu gün ancaq yerə yıxılmaq, vaxtı uzatmaq “taktika”sını ortaya qoydular. Bununla belə, qazandıqları xala görə onları təbrik edirəm”.
Tahir Gözələ “Bakı” klubunun kapitanı və qapıçısı olan Aqil Məmmədov cavab verib:
“Gözəl oyuna yaxşı baxmayıb. O, hansı gözlə oyuna baxırdı, bilmirəm. “Bakı” halal xalını qazandı. Ola bilsin, həmin vaxt futbolçumuz zədə aldığı üçün yıxılıb. Tahir Gözəlin futbolçusu heç vaxt zədələnməyib?”.