Namiq Ələsgərov bu gün Bursaya gedir Müqavilə imzalayır

"Neftçi"nin futbolçusu Namiq Ələsgərovun Türkiyə birinci liqa təsmilçisi "Bursaspor"a keçidi rəsmiləşmək üzrədir.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, millimizin üzvü bu gün Bursaya gedəcək və rəhbərliklə görüşəcək. Bundan sonra onun rəsmi müqavilə imzalacayağı gözlənilir.

"Bursaspor"un vitse-prezidenti Emin Adanur də 26 yaşlı yarımmüdafiəçinin keçidinin 99 faiz həll olunduğunu bildirib. O, bu transfer üçün "Neftçi"yə oyunçunun müqaviləsinin ləğvi üçün yer alan təzminat məbləğini ödəyəcəklərini vurğulayıb.

Qeyd edək ki, N.Ələsgərov 2017-ci ildən Bakı klubunda oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right