Newsport.az-ın məlumatına görə, Masazır təmsilçisi heyətini ispaniyalı futbolçu Kristian Sebalyosla gücləndirib. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Sebalyos "Barselona" akademiyasının yetirməsidir. O, 2013-2015-ci illərdə "Tottenhem"in üzvü olsa da, London klubunda rəsmi oyunlara çıxmayıb. Sebalyos İngiltərənin “Çarlton” (2015/16), Portuqaliyanın “Aroka” (2013/14), Belçikanın “Sent-Trüden” (2016-2019), Qətərin “Al-Vakra” (2019-2021) və “Qatar” (2020/21) klublarında da çıxış edib.