Türkiyə klubu Namik Ələskərova 3 illik müqavilə təklif etdi

"Neftçi"nin futbolçusu Namik Ələskərov karyerasını Türkiyədə davam etdirməyə yaxındı.

Newsport.az-ın məlumatına görə, 26 yaşlı vingerlə "Bursaspor" klubu yaxından maraqlanır. Türkiyə mediasının yazdığına görə, I Liqa təmsilçisi milli komandamızın üzvünə 3 illik müqavilə təklif edib.

Qeyd edək ki, Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edir. Onun paytaxt təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayına kimidi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right