21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Avstriya yığmasına qarşı keçirəcəyi oyunun başlanma vaxtı müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, sentyabrın 7-də Rid-innkreys şəhərindəki “Josko Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.