"Neftçi"nin futbolçusu Yusuf Laval Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə Bakıda keçirdikləri matç (2:2) haqqında fikirlərini bölüşüb.
Newsport.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi bu barədə öz İnstaqram hesabında paylaşım edib. O yazıb: "Amma bu, hələ son deyil. İrəli, uşaqlar!".
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 12-də Helsinkidə olacaq.