"Neftçi" HİK-lə heç-heçəyə razılaşdı Yenilənib

“Neftçi” bu gün Avropa Liqasında mübarizəyə start verəcək.
 
Newsport.az xəbər verir ki, Azərbaycan çempionu bu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində HJK ilə ilk matçına çıxacaq.
 
Finlandiya təmsilçisi ilə ilk görüş Bakıda baş tutacaq. UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində uduzan bu iki klubun Avroliqadakı mübarizəsində kimin qalib olacağı maraqla gözlənilir.
 
Xatırladaq ki, “Neftçi” ÇL-in ilk mərhələsində Tiflis “Dinamo”sundan (Gürcüstan) üstün olsa da, sonrakı mərhələdə Yunanıstan “Olimpiakos”u ilə bacarmamışdı. HJK isə startda “Buduçnost” üzərində qələbə qazandığı halda, növbəti mərhələdə İsveç “Malmö”sünə uduzub.
 
Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra Helsinkidə keçiriləcək.
 
Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
3 avqust
 
21:00. Neftçi – HJK 2-2
Qollar: Sabir Buqrin, 59, Emin Mahmudov, 80 - Roope Riski, 61, Jair, 65
Baş hakim: Uilyam Kollum (Şotlandiya).
Bakı. “Bakcell Arena”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right