Tahir Gözəl söz verdi: "İstəyəcək, alacağıq" AÇIQLAMA

Dünən Ağdama səfər edən "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl yeni transfer edəcəklərini bildirib.

Newsport.az saytının məlumatına görə, klub rəsmisi jurnalistlərə açıqlamasında baş məşqçisi Qurban Qurbanovun istədiyi transferi edəcəklərinə söz verib:

"Yeni transfer etmək barəsində heçnə deyə bilmərəm. Komandada bu məsələ ilə bağlı problemləri Qurban Qurbanov həll edir.Avroliqada uğurlarımızın davamını gətirmək üçün nə etmək lazım olduğun Qurban müəllim bilir. Transfer istəyəcək, alacağıq. İmkanlarımız daxilində komandanı gücləndirəcəyik. Mən buna söz verirəm. Hələlik baş məşqçiylə bu məsələni danışmamışıq. Bu mövsüm bir neçə cəbhədə mübarizə aparacağıq. Həm ölkə çempionatı, həm kubok, həm də Avroliqa… Həmişə eyni futbolçularla meydana çıxanda istər-istəməz çətinliklər olur. Biz Qurban müəllimə çox inanırıq. Əgər o, bir futbolçunu istəyirsə, deməli, alınması vacibdi"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right