“Neftçi” “Olimpiakos”a uduzsa, bu komandalardan biri ilə qarşılaşacaq

Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Newsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Azərbaycan çempionu "Neftçi"nin də potensial rəqibi bəlli olub.

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Olimpiakos” (Yunanıstan) – “Neftçi” cütünün məğlubu “Malmö” (İsveç) / HİK (Finlandiya) cütünün məğlubu ilə Avroliqanın 3-cü mərhələsində qarşılaşacaq.

Qeyd edək ki, bu mərhələnin matçları 5-12 avqustda oynanılacaq. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right