"Qarabağ" daha bir futblçunu heyətinə qatmağa yaxındır.
Newsport.az Portuqaliyanın "Guimaraesdigital" nəşrinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi qanalı hücumçu Abdul-Aziz Yakubu il razılıq əldə edib.
Portuqaliyanın "Vitoriya" (Gimaraynş) klubunun futbolçusunun "Qarabağ"la 4 illik müqavilə imzalayacağı bildirilib. 23 yaşlı hücumunun keçidi üçün xırda detalların həll olunması qalıb.
Qeyd edək ki, Abdul-Aziz Yakubu ötən mövsümü icarə əsasında “Eştoril”də keçirib.