İş adamı Mübariz Mənsimov İstanbuldan çıxmama şərtiylə ev həbsindən azad olunub.
Newsport.az-ın məlumatına görə, bu barədə iş adamının köməkçisi Fidan Quliyeva məlumat yayıb.
FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən Mənsimovun bu ilin martında məhkəməsi keçirilmiş, 5 il müddətinə şərti cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı.
Mənsimov “Xəzər Lənkəran” Futbol Klubunun yaradıcısı və sahibi olub.