"Səbail"dən ayrılan futbolçunun yeni klubu

“Səbail”dən ayrılan Hendrik Ekşteyn karyerasını ölkəsi Cənubi Afrikada davam etdirəcək.

Newsport.az citizen.co.za-ya istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi yerli klublardan “Orlanda Pirates”lə razılaşıb. Tərəflərin yaxında rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayından “Səbail”də oynayan Ekşteyn 2020/2021 mövsümü başa çatdıqdan sonra klubdan ayrılıb. Həmçinin o, 2019-cu ildə “Sabah”da da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right