"Neftçi" "Spartak"a qalib gəldi Yenilənib

Ölkə xaricində təlim-məşq toplanışında olan "Neftçi"  bu gün sonuncu yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Bakı təmsilçisi Rusiya “Spartak” (Moskva) ilə üz-üzə gəlib. Avstriyanın Fillax şəhərindəki “Sportzentrum Landskron”da keçirilən görüş "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Sloveniyanın Kranyska Qora bölgəsində məskunlaşan "Neftçi" iyunun 21-də “Olimpiya” (Sloveniya) ilə 1:1 hesablı heç-heçə edib, iyunun 24-də isə “Domjale”yə (Sloveniya) 1:2 hesabı ilə uduzub.

29 iyun

19:30. "Neftçi" - "Spartak" (Rusiya) -2:1
Qol:
 Namiq Ələsgərov, 8 (1:0), İqnatov, 44 (1:1), Harramiz, 45+2 (2:1)
Avstriya, “Sportzentrum Landskron” stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right