Ruslan Abışovun yeni klubu

"Sabah"dan ayrılan Ruslan Abışovun yeni klubu məlum olub.

Newsport.az-ın məlumatına görə, millimizin sabiq üzvü "Zirə" ilə anlaşıb. Paytaxt təmsilçisi onunla bir illik müqavilə imzalayıb.

Son mövsümü "Sabah"da keçirən 33 yaşlı müdafiəçi 5 oyunda meydana çıxıb. Təcrübəli futbolçu 56 dəfə Azərbaycan milli komandasının formasını geyinib və 5 dəfə fərqlənməyi bacarıb (sportinfo.az).

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right