Təlim-məşq toplanışını Sloveniyada davam etdirən “Neftçi” bu gün növbəti yoxlama oyununa çıxıb.
Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi bu dəfə “Domjale” (Sloveniya) ilə qarşılaşıb. Bakı vaxtı ilə 20:00-da başlayan matç Sloveniya klubunun qələbəsi ilə başa çatıb - 2:1.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl “Olimpiya” (Lyublyana) ilə yoxlama görüşündə 1:1 hesablı heç-heçə edib.
24 iyun
Yoxlama oyunu
20:00. "Domjale" - "Neftçi" - 2:1
Qollar: Namiq Ələsgərov, 24 (0:1), Markus, 33 (1:1), Repas, 39 (2:1)
Qırmızı vərəqə: Voislav Stankoviç, 87 ("Neftçi")