Azərbaycan çempionatının 1-ci divizionunda çıxış edəcək "Zirə-2" komandasının baş məşqçisi açıqlanıb.
Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Azər Məmmədova tapşırılıb.
Köməkçi məşqçi funksiyasını isə Hacı Əhmədov yerinə yetirəcək.
Qeyd edək ki, daha əvvəl "Səbail" klubu əvəzedici komandasını bərpa edib. Hər iki komanda 2020/2021 mövsümündə 1-ci divizionda iştirak etməyib.