Çixradze: "Ardını gətirə bilmədik" AÇIQLAMA

Azərbaycan Premyer Liqasının 4-cü turunda “Simurq” səfərdə “Neftçi”yə 1-2 hesabı ilə məğlub olaraq turnir cədvəlinin şərikli lideri olmaq fürsətini əldə verdi.
 
Newsport.az saytının məlumatına görə, oyundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi George Çixradze müdafiənin diqqətsizliyindən şikayətlənib:
 
“Hər iki hissəyə yaxşı başlamadıq. İlk dəqiqələrdə qollar buraxdıq. Lakin özümüzü itirmədik, qol epizodlarımız oldu. Bir qol vursaq da, ardını gətirə bilmədik. İkinci hissədə yaratdığımız çoxsaylı qol imkanlarından istifadə edə bilmədik. Müdafiənin diqqətsizliyi nəticəsində buraxdığımız qollar komandaya psixoloji təsir etdi”.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right