“Qəbələ”də 3 yeni müqavilə

“Qəbələ”də daha 3 futbolçunun aqibəti bəlli olub.

Newsprot.az saytının məlumatına görə, bölgə təmsilçisində yay fasiləsinin ilk yeni müqavilələri razılaşdırılıb.

Qapıçı Anar Nəzirov, müdafiəçi Rüfət Əhmədov və yarımmüdafiəçi Ehtiram Şahverdiyev növbəti mövsümü də “qırmızı-qaralar”da keçirəcək. Adları çəkilən hər üç oyunçu rəhbərliyin başa çatan müqavilə müddətini uzatmaq təklifini qəbul edib.

“Qəbələ” rəhbərliyi digər oyunçularla da danışıqlarını davam etdirir. Əcnəbilərin taleyinə isə klubun büdcəsi müəyyənləşdikdən sonra aydınlıq gələcək.

Qeyd edək ki, hələlik yalnız Urfan Abbasov və Məqsəd İsayevi heyətinə qatan “Qəbələ” Merab Qiqauri, Yusif Nəbiyev, Tərlan Əhmədli, Nikolas Raysel, Ceyms Adeniyi, Cavid Hüseynov, Sadiq Quliyev, Ülvi İsgəndərov, Roman Hüseynov və Faiq Hacıyevlə yollarını ayırıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah