Mirhüseyn Seyidov: "Əsas olan 3 xal idi" AÇIQLAMA

"Komandamızı təbrik edirəm. Qalib gəldik. Düzü, Avroliqada yaşadığımız uğursuzluqdan sonra, bizə biraz çətin oldu. Oyunun yorğunluğu hələ üzərimizdən çıxmamışdı".

Newsport.az saytına açıqlamasında bu sözləri Azərbaycan Premyer Liqasının "Neftçi" - "Simurq" (2:1) oyunundan sonra meydan sahiblərinin futbolçusu Mirhüseyn Seyidov deyib.

Gənc yarımmüdafiəçi həmçinin oyunda əsas olan 3 xalı qazanmaqlarının olduğunu bildirib:

"Sağ olsun uşaqlar Avroliqa məğlubiyyətindən sonra yaxşı mübarizə apardılar. Düzdür son dəqiqələrdə "Simurq" hücumların sürətini artırmışdı, amma əsas olan 3 xal idi, onu da şükürlər olsun qazandıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right