Türkiyə millisinin Bakıdakı son matçının hakimləri açıqlandı

Avro-2020-də qrup mərhələsinin 3-cü turunun İsveçrə - Türkiyə qarşılaşmasının hakimləri açıqlanıb.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək görüşü sloveniyalı Slavko Vinçiç idarə edəcək.

Ona həmyerliləri Tomaz Klançnik və Andraz Kovaçiç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isveçli Andreas Ekberq yerinə yetirəcək. Oyunun VAR hakimi isə Bastian Dankert (Almaniya) olacaq

Qeyd edək ki, iyunun 20-də keçiriləcək oyun saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right