"Qarabağ" braziliyalı hücumçu aldı Rəsmi

"Qarabağ"ın gözlənilən transferi reallaşıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Kady Yuri Borqes Malinovskini heyətinə cəlb edib. Braziliyalı hücumçu ilə bağlanan müqavilə ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, 25 yaşlı futbolçu ötən mövsüm Portuqaliyanın 2-ci divizionunda “Vilafrenkensi” klubunda çıxış edib, 27 oyuna 5 qol vurub. O, karyerasına “Koritiba”da başlayıb və müxtəlif illərdə Braziliyada “Londrina”, Portuqaliyada “Eştoril” kimi klublarda oynayıb.


 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right