"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Portuqaliyanın "Eştoril" klubunun hücumçusu Harramiz Soareşi transfer edib. Tərəflər iki illik müqavilə imzalayıb. San Tome və Prinsip adalarından olan futbolçu bir neçə gün əvvəl ölkəmizə gəlib və klubla sözləşməni imzalayıb. Daha sonra o geri qayıdıb. Harramiz bir də komanda növbəti mövsüm üüçün toplaşanda düşərgəyə gələcək.
30 yaşlı oyunçu hücumun həm cinahlarında, həm də mərkəzində oynamağı bacarır. Onun karyerası Portuqaliya ilə bağlıdı. Harramiz Pireney ölkəsində "Elvaş", "Montemur", "Alxustrelenşe", "Farenşe", "Koimbra", "Kivilya", "Mafra", "Tondela", "Lsyşoiş" klublarında və "Benfika"nın B komandasında oynayıb. Təcrübəli forvard ötən mövsüm "Eştoril"in heyətində Portuqaliyanın II Liqasında 27 matçda 5 qol vurub, 2 assist edib.