Canni De Byazinin mətbuat konfransının vaxtı məlum oldu

Mayın 27-də, saat 21:00-da, Alanyadakı “Oba” stadionunda keçiriləcək Türkiyə – Azərbaycan beynəlxalq yoxlama oyunu ərəfəsində hər iki komandanın keçirəcəyi mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, əvvəlcə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi media nümayəndələri ilə görüşəcək. Hər iki baş məşqçinin mətbuat konfransı bu gün keçiriləcək.

Türkiyə yığmasının baş məşqçisi Şenol Günəşin mətbuat konfransı saat 18:00-da olacaq.

Azərbaycan milli komandası
Saat 12:00. Mətbuat konfransı
Saat 19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Türkiyə milli komandası
Saat 18:00. Mətbuat konfransı
Saat 18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right