"İlk hissədə komandamdan razı qalmadım. İlk hissədə yaxşı oynamadılar, qol vursalar da, yaxşı oyun nümayiş elətdirmədilər. Lakin ikinci hissədə 10 nəfərlə yaxşı oyun nümayiş elətdirdilər. Azarkeşlərimizə təşəkkür edirəm."
Newsport.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Aqil Məmmədov həmçinin rəqibə uzaqdan zərbə vurmağa imkan vermədiklərini bildirib:
"Küləyə qarşı oyunayanda uzaqdan zərbə vurmağın lazım olduğunu bilirdik. İlk hissədə bir zərbə vurduq. Lakin ikinci hissədə rəqibə imkan vermədik zərbə vurmadıq. 4 turdan sonra lider olmağımız reallıqdır. Çünki turnir cədvəli belə göstərir. Rəhbərlik qarşımıza çempionluq tələbi qoymayıb".