Əsgər Abdullayev: "Meydanda hakim yox idi" AÇIQLAMA

Oyun haqqında heç bir şey danışmaq istəmirəm. Rəqib komandanı təbrik edirəm.

Newsport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının "Sumqayıt" - "Araz Naxçıvan" (1:0) oyunundan sonra jurnalistlərə açıqlamasında qonaqların baş məşqçisi Əsgər Abdullayev deyib.

Naxçıvanlıların baş məşqçisi hakimlikdən şikayətçi olduğunu bildirib:

"Hakimlik barəsində danışmaq istəmirəm. Çünki meydanda hakim yox idi. Biz bilirik ki, top rəqibin qapısında ələ dəyəndə 11 metrlik cərimə zərbəsi təyin edilir. Hakimlərimiz bunu deyəsən bilmir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right