Türkiyə Superliqasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.
Newsport.az xəbər verir ki, bu, "Beşiktaş" olub. Komanda son - 42-ci turda "Göztəpə" ilə qarşılaşıb. İstanbul təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
"Qalatasaray" isə evdə "Kayserispor"u məğlub edib - 3:1.
3-cü yerdə olan "Fənərbaxça" isə "Kayserispor"a son dəqiqə qolları ilə qalib gəlsə də, çempion ola bilməyib- 1:2.
Nəticədə turnir cədvəlindəki duruma əsasən, "Beşiktaş" və "Qalatasaray"ın 84 xalı, "Fənərbaxça"nın isə 82 xalı olub. Lakin mövsümlük qol nisbətinə görə "Qalatasaray"dan 1 top üstün olan "Beşiktaş" çempionluğu rəsmiləşdirib. Komandanın baş məşqçisi Sergen Yalçın isə "Göztəpə" ilə matçdan sonra gözyaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, bu, "Beşiktaş"ın tarixindəki 21-ci Superliqa çempionluğudur.
"Kayserispor" - "Fənərbaxça" - 1:2
Qollar: Enriki, 18 - Valensiya, 90, pen, Aziz, 90+9
"Qalatasaray" - "Yeni Malatyaspor" - 3:1
Qollar: Dərvişoğlu, 53, Babel, 60, Çağlayan, 90+3 - Buyuk, 39
"Göztepe" - "Beşiktaş" - 1:2
Qollar: Öztürk, 24 - Vida, 10, Qezzal, 69