Ramin Quliyev: "Uda da bilərdik, uduza da"

“Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının XXVII turunda “Qəbələ”yə qarşı oyunu şərh edib.

O, 2:2 hesabıyla başa çatan oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyuna pis başlamadıq. Hesabda önə keçəndən sonra komandada bir az boşalma oldu. Bu da penalti və qolla nəticələndi. İlk qolun təsirindən tam ayılmamış qapımızda ikinci topu gördük. Matçın sonlarında iki real qol epizodumuz oldu. Bu gün uda və ya uduza bilərdik. Təəsüfləndirən odu ki, qalib gəldiyimiz oyunu heç-heçə ilə başa vurduq. Havanın da isti olması futbolçuların oynamağına mane olurdu”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right