"Çoxlu təklifə baxmayaraq, Mahir "Legiya" ilə anlaşmağa yaxındır"

Polşanın "Legiya" klubu "Qarabağ"ın hücumçusu Mahir Emreli ilə razılaşmağa yaxındır.

Newsport.az xəbər verir ki, bunu Polşada yaşayan jurnalist Eugenio Qonsales Agilera öz tvitter səhifəsində yazıb.

O, Varşava təmsilçisinin millimizin hücumçusu ilə danışıqları sürətlə davam etdirdiyini bildirib: "Legiya” azərbaycanlı hücumçu Mahir Emreli ilə danışıqları davam etdirir. Futbolçunun çoxlu sayda təklifləri olmasına baxmayaraq, "Legiya" ilə anlaşmağa yaxındır. "Legiya" danışıqları sürətlə davam etdirir".

Qeyd edək ki, M.Emreli bu mövsüm bütün turnirlərdə 28 oyunda 20 qol vurub, 4 qolun ötürməsini verib.

Xatırladaq ki, "Legiya" Polşa çempionatında 60 xalla 1-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right