Vahid Ələkbərovun oğlu “Spartak”ın idarə heyətində

Rusiyanın “Spartak” (Moskva) klubunun direktorlar şurasında dəyişikliklər olub.
 
Newsport.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
 
Qeyd olunur ki, səhmdarların ümumi yığıncağının qərarı ilə Zarema Salihova və Yusif Ələkbərov idarə heyətinə daxil edilib. Sergey Mixaylov klubun rəhbər heyətini tərk edib.
 
Qeyd edək ki, Yusif Ələkbərov “Lukoil” şirkətinin rəhbəri, “Spartak” futbol klubunun sahibi Vahid Ələkbərovun oğludur.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right