Lüksemburq - Azərbaycan oyunu yeni stadionda keçiriləcək

Futbol üzrə Lüksemburq yığması 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycana qarşı ev oyununu yeni stadionda keçirəcək.
 
Newsport.az xəbər verir ki, bu barədə Lüksemburq bələdiyyəsinin sədri Lidi Polfer "Paperjam" nəşrinə açıqlamasında məlumat verib.
 
O bildirib ki, məqsədləri Lüksemburq - Azərbaycan oyununu yeni stadionda təşkil etməkdir.
 
"Stade de Luxembourg" arenasının inşasına 76 milyon avrodan çox vəsait xərclənib, azarkeş tutumu isə 9385-dir.
 
Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək Lüksemburq - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right