50-ci oyunda 10-cu məğlubiyyət

“Keşlə” Azərbaycan kubokunda 50-ci ev oyununu keçirib.

Newsport.az xəbər verir ki, turnirdə 1997/98 mövsümündə debüt edən paytaxt təmsilçisinin yubileyi yarımfinalın “Zirə” ilə ilk matçına təsadüf edib.

1:2 hesabı ilə uduzan Sənan Qurbanovun yetirmələri həm də klub tarixində 10-cu ev məğlubiyyətini alıb. Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən komanda öz meydanında keçirdiyi digər görüşlərdə 30 qələbə qazanıb və 10 heç-heçə edib.

Qeyd edək ki, yalnız iki komanda kubokda daha çox ev oyunu keçirib. “Neftçi” 77, “Qarabağ” 71 dəfə rəqibini öz meydanında qəbul edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right