Elnur Abdullayev "Xəzər Lənkəran"da tarix yazdı

Məlum olduğu kimi, "Xəzər Lənkəran" Premyer Liqanın son turunda "İnter"ə tək qolla qalıb gəldi.

Newsport.Az xəbər verir ki, oyunda vurulan yeganə qolun müəllifi Elnur Abdullayev Cənub klubunun tarixinə keçib. 

Belə ki, onun 5-ci dəqiqədə rəqib qapısından keçirdiyi top Lənkəran təmsilçisininin yubiley qolu - 600-cü qolu olub. 2004-cü ildən fəaliyyət göstərən "ağ-yaşıllar" 600-cü qol üçün 393 matç keçirməli olub. 

Bu qollardan 444-ü Premyer Liqada, 127-si Azərbaycan kubokunda, 14-ü avrokuboklarda, 13-ü Birlik Kubokunda və 2-si Super Kubok oyununda qeydə alınıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right