“Hər oyun bizim üçün bir imtahandır” – Aftandil Hacıyev

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri matçı şərh edib.

Newsport.az-ın məlumatına görə, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

Həqiqətən də bu gün “Sabah”ın oyununda böyük dəyişiklik gördük. Əvvəlki komandadan çox fərqlilik hiss etdik. Ramin müəllimin işi görünür. Bizə gəlincə, 1-2 epizod var idi ki, qol vura bilərdik. Ümumilikdə, iki hissədə də eyni oyunu göstərdik. Rəqib ikinci hissədə daha çox təzyiq etdi və bir neçə qol imkanı yaxaladılar. Meydanı 1 xalla tərk etdik. Bu, yaxşı oldu. Rəqiblərlə müqayisədə bizdə heyət baxımından kasadlıq var. Futbolçular sona qədər mübarizə apardılar. Hər oyun bizim üçün bir imtahandır. Bu nəticəni qənaətbəxş hesab etmək olar.

Məqsədin məqsədi nə idi?

Məqsəd yaxşı çıxış etdi. Topu kənara vurması və sarı vərəqəyə ilə bağlı fasilədə onunla danışdıq. Görünür ki, onunla bir az daha söhbət etməyə ehtiyac var. Fərdi danışıq aparacağıq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah