Neftçi"yə fiziki hazırlıq üzrə yeni məşqçi təyin olunub.
Newsport.az saytının məlumatına görə, bu, rumıniyalı mütəxəssis George Karmel Barbuleskudur. 45 yaşlı məşqçi buna qədər Rumıniyada “Rapid”, “Astra” və “Vasluy” kimi klublarda çalışıb. Karmel Barbulesku “Neftçi”nin bu gün keçiriləcək məşqində komanda üzvlərinə təqdim olunacaq.