"Zirə"də 2 şok itki Onun üçün mövsüm erkən bitdi

Bu mövsüm Premyer Liqanın iddialı klublarından "Zirə"nin zədəli futbolçularının durumu müəyyənləşib.

Newsport.az-ın məlumatına görəklubdan Qol.az-a verilən məlumata görə, "Neftçi" ilə Premyer Liqanın 17-ci tur matçında zədələnən Davit Volkov dünən əməliyyat olunub. Gürcüstanlı hücumçunun 8 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Məşq zamanı zədə almış yeni legioner Filipe Paxtmanın durumu isə daha ciddidir. Yaxın günlərdə çapraz bağlarından əməliyyat olunacaq 21 yaşlı braziliyalı hücumçu 6 ay oynaya bilməyəcək. Bu isə hazırkı mövsümün onun üçün erkən başa çatması deməkdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right