Oğuz Çətin: "Komandamın bu cür qələbəyə ehtiyacı var idi"

“Komandamın bu cür qələbəyə ehtiyacı var idi. Mövsümə yaxşı başlamadıq. Gözəl oyun göstərsək də, çoxlu qol imkanları yaratsaq da, ilk 3 matçda gözlədiklərimizin qarşılığını ala bilmədik. Bu gedişi dəyişdirməyimiz lazım idi. Dönüş oyunumuz “İnter”lə görüşdə oldu".

Newsport.az-ın verdiyi xəbərə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin Azərbaycan Premyer Liqasının 4-cü turunda "İnter"ə qalib (1:0) gəldikləri matçdan sonra deyib.  
O, futbolçularını göstərdikləri mübarizəyə görə təbrik edib:

"Qələbə qazanmaq üçün hər şeyi etdik. Bu gün bir daha gördük ki, azarkeşlərimiz bizə dəstək olduğu zaman komandamız daha da yaxşı oyun göstərir.  Bu qələbə növbəti oyunlarda daha inamlı çıxış etməyimizə kömək edəcək. “İnter” kimi komandaya qarşı oynamaq asan deyil. Futbolçuların üstün mübarizə əzmi və verilən taktiki tapşırıqların tam yerinə yetirilməsi qələbə qazanmağımızda rol oynadı”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right