Azərbaycan Premyer Liqasının 4-cü turunda avqustun 31-i keçiriləcək "Qarabağ" - "Bakı" matçının məkanı dəyişdirilib.
Newsport.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Tofiq Bəhrəmov adına Respublika stadionu təmirə bağlandığı üçün qarşılaşma "İnter Arena"da oynanılacaq.
Qeyd edək ki, "Qarabağ" - "Bakı" görüşü saat 20:30-da başlayacaq.