Jumeirah Bilgah Beach otelinin çimərlik futbolu meydançasında keçirilən Çimərlik Futbolu üzrə Avropa Kuboku – Bakı 2014 (Europen Beach Soccer Cup - Baku 2014) turnirinin oyunları davam edir.
Newsport.az saytının məlumatına görə, bu gün daha 2 qarşılaşma keçiriləcək.
Bu gün Rusiya Macarıstanın, Azərbaycan isə Yunanıstanın gücünü sınayacaq.
Xatırladaq ki, turnirdə Azərbaycan, İsveçrə, Yunanıstan, Rusiya, İspaniya və Macarıstan milli komandaları iştirak edir.
29 avqust
Saat 17:30. Rusiya - Macarıstan
Saat 18:45. Azərbaycan – Yunanıstan