Dünən Avropa Liqasının pley-off mərhələsində Neftçi Serbiyanın Partizan klubuna məğlub olaraq, Avropa Arenasından kənarda qaldı.
Newsport.az-ın məlumatına görə Neftçi rəsmilərindən biri olan Güloğlan Cabbarov oyundan sonra Facebook sosial şəbəkəsindəki səhifəsində çox sərt ifadələr yazıb:
"Dünən "Neftçi"nin oyununu bütün Azərbaycan gördü. "Neftçi"nin oyunundan əsər-əlamət yox idi. Dünənki oyunu uduzmağımızın səbəbi məşqçilər korpusunun təkəbbürlüyü idi. Mən həmişə istefanın əleyhinə olmuşam. Amma, Sadıq müəllimin yerinə olsam, bu faciəli oyunun memarlarını, oyundan qabaq bu yükü boynuna götürən insanları iti qovan kimi, qovardım."