Paytaxtın "İnter" klubu "Qarabağ"ı təbrik edib.
Newsport.az saytının məlumatına görə, "Bankirlər" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandaya burada da uğurlar arzulayıb.
Ağdamın "Qarabağ" klubu Hollandiyada "Tvente" komdansıyla üz-üzə gəlib və bu matç 1:1 hesablı bərabərliklə başa çatıb. İki görüşün nəticəsinə görə qrup mərhələsinə vəsiqə qazanan tərəf "Qarabağ" olub! "İnter" Peşəkar İdman Klubunun rəhbərliyi və kollektivi "Qarabağ" Futbol Klubunun kollektivini UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edir!
"İnter" Peşəkar İdman Klubu "Qarabağ"a bu mötəbər turnirin qrup mərhələsində daha böyük nailiyyətlər və uğurlar arzulayır.