Sadıq Sadıqov "Qarabağ"ı təbrik etdi RƏSMİ

“Neftçi”nin prezidenti Sadıq Sadıqov “Qarabağ” klubunu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. 
 
Newsport.az saytının məlumatına görə,“Qarabağ” klubunun prezidenti Abdulbari Goozala ünvanlanmış təbrik məktubunda deyilir:
 
“Neftçi”nin kollektivi adından UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarixi uğura imza atmağınız münasibətilə Sizi və rəhbərlik etdiyiniz “Qarabağ”ın məşqçilər heyəti, futbolçular və bütün əməkdaşlarını təbrik edirik. Doğma Qarabağımızın Avropanın böyük futbol ailəsi – UEFA Avropa Liqasının qrup mərhələsində olmağı tək idman yox, eyni zamanda xalqımızın uğuru baxımından böyük nailiyyətdir. Bir daha Sizi təbrik edir və Avroliqanın qrup oyunlarında uğurlar arzulayıram”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right