"Zirə"nin legioneri Klesio Bauk koronavirusdan sağalıb.
Newsport.az-ın məlumatına görə, Mozambik yığmasının düşərgəsində olan futbolçudan götürülən son test nümunələrinin cavabı mənfi çıxıb. Futbolçu yaxın zamanda Bakıda olacaq.
"A Bola" nəşri Baukun koronavirusa yoluxduğu bu səbəbdən Mozambik millisinin heyətində meydana çıxmadığını yazmışdı.